• HADİSƏ

    10:40 13 oktyabr 2023

Füzulidə 2 nəfər minaya düşüb, biri ölüb

Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri Füzuli rayonunda baş verən mina partlayışı barədə məlumat yayıb.

ONA ANAMA-ya istinadən xəbər verir ki, 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "QAZel" markalı maşının sürücüsü, 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "KamAZ" tipli yük maşınının sürücüsü, 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır!

ONA

Teqlər:

SON XƏBƏRLƏR