Martın 1-də Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkar edilib.
ONA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.