Füzulidə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən əməliyyat keçirilib.
ONA xəbər verir ki, 11 aprel axşam saatlarında Agentliyə Füzuli rayonu, Arayatlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində heç bir partlayıcı maddə olmayan metal əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.