• HADİSƏ

    00:36 26 aprel 2021

Füzulidə yanğın baş verib, yaxınlıqdakı ferma yanğından mühafizə olunub

Füzuli rayonunun Horadiz şəhərində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 140 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə yanıb. Talvarın qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

ONA

Teqlər:

SON XƏBƏRLƏR