Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İnəkboğan kəndində qeydə alınıb.
Kənd sakini Hüseynov Güloğlan İlham oğlu qarnının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, G.Hüseynov tanıdığı şəxslə münaqişə zamanı bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.