• HADİSƏ

    12:10 27 aprel 2019

Gədəbəy və Ağdaş sakinlərindən sənədsiz ov tüfəngləri götürülüb

Gədəbəy və Ağdaş rayonlarının sakinlərindən sənədi olmayan tüfənglər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında Göyəlli kənd sakini A.Tağıyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq sənədləri olmayan “Karabin” tüfəngi və 1 ədəd optik nişangah aşkar edilərək götürülüb.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mürsəl kənd sakini R.Musayevdən müvafiq sənədi olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR