• HADİSƏ

    22:19 26 sentyabr 2019

Gədəbəydə baş verən qəzada sərnişin xəsarət alıb, vəziyyəti ağırdı

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xar-Xar kəndində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Qəza nəticəsində avtomobildə olan sərnişin, 1958-ci il təvəllüdlü Əsgərova Afət Mehbalı qızı xəsarət alıb.

Yaralı dərhal Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Qadının vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR