Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib
  • HADİSƏ

  • 17:56 18 Avqust 2019

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib

Bu gün Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə  rayonun Düzyurd kəndində qeydə alınıb.

“QAZel” markalı yük maşını ilə “VAZ-2106” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sərnişini 1995-ci il təvəllüdlü Allahverdiyev Bəxtiyar İsmət oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Fuad Nazimoğlu

Teqlər: Gədəbəy qəza bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR