• HADİSƏ

    16:25 31 dekabr 2019

Gədəbəydə qəzada oğul ölüb, ata ağır xəsarət alıb

Gədəbəydə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzin qeydə alınıb.

Hərəkətdə olan “Volkswagen Passat” və “VAZ 2109” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı “VAZ 2109”un sürücüsü, 1975-ci il təvəllüdlü Fərman Həsənov İsa oğlu və onun atası 1936-cı il təvəllüdlü İsa Həsənov Afdandil oğlu ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, Fərman Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR