• HADİSƏ

    21:00 28 iyul 2020

Gədəbəyə dolu yağıb - FOTO


Gədəbəyə güclü yağışdan sonra dolu yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, axşam saatlarında rayon mərkəzində və rayonun bir neçə dağ kəndlərində güclü küləkdən sonra dolu yağıb.

Məlumata görə, dolu təsərrufata ziyan vurub. Həmçinin, rayonun bəzi kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Gədəbəy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar komissiyasında bildirilib ki, hazırda icra nümayəndələri kəndlərə ezam olunub. Dəymiş ziyanın olub-olmaması barədə məlumat veriləcək.

Hazırda Gədəbəy rayonunda qeyri-sabit hava şəraiti davam edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR