• HADİSƏ

    21:52 28 iyul 2019

Gənc qız dərmandan zəhərləndi, vəziyyəti ağırdı

Qazax rayonunda 18 yaşılı qız dərman içərək zəhərlənib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Əliyeva Samirə bir çox həb qəbul edib. 18 yaşlı qız özünü pis hiss etdiyindən yaxınları tərəfindən Qazax Rayon Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan APA -ya verilən məlumata görə, S.Əliyevanın vəziyyəti ağırdır.
Onun hansı səbəbdən bir neçə həbi qəbul etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR