Gəncədə iki qardaşı bıçaqlayan şəxs saxlanılıb.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisəni Daşkəsən rayon sakini, 30 yaşlı Ramil Musayevin törətdiyi müəyyənləşib. O, ilkin dindirilmə zamanı cinayəti şəxsi münaqişə zəminində törətdiyini bildirib.
Qeyd edək ki, Gəncədə Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə 39 yaşlı Kənan Əsgərov və onun qardaşı, 46 yaşlı Rafiq Əsgərov bıçaqlanmışdı. Faktla bağlı cinayət işi başlanıb.
Fuad Nazimoğlu