Gəncədə yolu keçmək istəyən azyaşlını maşın vurub.
ONA-nın qərb bürosunun xəbərinə görə, şəhər sakini 9 yaşlı Səma Həsənəli yolu keçmək istəyərkən maşın vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, azyaşlının vəziyyəti orta ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır