Gəncədə bıçaqıanma hadisəsi olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.
1980-cı il təvəllüdlü Quliyev Rauf Qələndər oğlu bir neçə bıçaq xəsarətilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə ilə bağlı polisə məlumat verilib. İlkin araşdırma zamanı Rauf Qələndərov ifadə verərkən özü özünü bıçaqladığını deyib.
Faktla bağlı araşdırma aparılır.