Gəncədə çay evində qətl törədən şəxsin özü də bıçaqlanıb - [color=red]FOTO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 01:31 16 İyun 2019

Gəncədə çay evində qətl törədən şəxsin özü də bıçaqlanıb - FOTO - YENİLƏNİB

Gəncədə çay evində baş vermiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

ONA-nın qərb bürosunun məlumatına görə, qətlə yetirilən Elnur Alıyevi Elçin adlı tanışı qətlə yetirib.

O da məlum olub ki, qarşılıqlı münaqişə zamanı Elçin də bıçaq xəsarəti alıb. O, hadisədən sonra Gəncədəki özəl klinikaların birinə yerləşdirilib.

Digər bir məlumata görə, mərhum E.Alıyev tanınmış kikboks ustası İlqar Alıyevin oğludur.

***

Saat 01:02

Gəncədə qətl törədilib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə H.Əliyev prospektindəki çay evlərinin birində baş verib.

Belə ki, 30-35 yaşlarında olan Elnur Alıyev mübahisə zəminində bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.

İlkin məlumata görə, E.Alıyev 1 manat üstündə tanışı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Onu bıçaqlayan şəxs ərazidən yayınıb.

Hadisə yerində polis və prokurorluq əməkdaşları araşdırma aparır. Digər təfərrüatlar dəqiqləşdirilir.

ONA

Teqlər: Gəncə qətl

OXŞAR XƏBƏRLƏR