• HADİSƏ

    09:18 1 may 2019

Gəncə sakini dəm qazından zəhərlənib

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 32 yaşlı Ruslan Cəfərov səhər saatlarında evdə olan qaz sobasını sönməsi nəticəsində zəhərlənib. O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR