• HADİSƏ

    19:27 27 mart 2019

Gəncə sakini gəlinini və qonşusunu bıçaqlayıb - YENİLƏNİB

Gəncədə iki nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxs saxlanılıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, 1991-ci il təvəllüdlü Elmira Hüseynova və 1958-ci il təvəllüdlü Eldar Əliyevi bıçaqlayan şəxsin 1981-ci il təvəllüdlü Amil Hüseynov olduğu müəyyənləşib. O, E. Hüseynovanın qaynıdır. Ruhi xəstə olduğu bildirilən A. Hüseynovun hadisəni ailə münaqişəsi zəminində törətdiyi deyilir.

Fakt araşdırılır.

***

13.50

Gəncədə iki nəfər bıçaqlanıb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1991-ci il təvəllüdlü Elmira Hüseynova və 1958-ci il təvəllüdlü Eldar Əliyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E.Hüseynova aralarında yaranmış mübahisə zəminində qaynı tərəfindən bıçaqlanıb. Bu zaman köməyə gələn qonşu E.Əliyevə də bıçaq xəsarəti yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR