Gəncədə bıçaqlanma olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü Novruzov Tunar Elçin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaralıya lazımi tibbi yardım göstərilib. Vəziyyətinin hazırda kafi olduğu bildirilir.
Onun hansı şəraitdə xəsarət alması məlum deyil.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.