Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Həmid Sultanov küçəsində qeydə alınıb.
2000-ci il təvəllüdlü Tağıyev Nağı İlqar oğlu qarının kəsilim-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. 20 yaşlı gəncin hansı şəraitdə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.