• HADİSƏ

    00:28 11 noyabr 2020

Gəncə sakini qonşusunu bıçaqlayıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ozan küçəsində yerləşən yataqxanada qeydə alınıb.

1975-ci il təvəllüdlü Məmmədov Ələkbər Müslüm oğlu çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Ə.Məmmədovu qonşusu bıçaqlayıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR