Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
1981-ci il təvəllüdlü Həsənov Zakir Müzakir oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, Z.Həsənov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.