Gəncədə narkotik istifadəçisi ölüb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Gəncə şəhər sakini, 41 yaşlı Vüqar Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, V.Quliyev yüksək dozada qəbul etdiyi narkotik vasitənin təsirindən ölüb.
Faktla bağlı araşdırma aparılır.