Gəncə sakinindən külli miqdarda narkotik götürülüb.
DİN mətbuat xidmətinin Gəncə regional qrupundan ONA-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Vüqar Həsənov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman əlində olan sintetik torbanın içərisindən ümumi çəkisi 10 kiloqram 750 qram narkotik vasitə olan “marixuana” aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.