• HADİSƏ

    20:42 16 may 2019

Gəncə sakinindən külli miqdarda narkotik və silah götürülüb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan ONA-ya verilən məlumata görə, mayın 15-də Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 45 yaşlı Mehman İbrahimov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 286 həb sayında və ümumi çəkisi 178,5 qram narkotik vasitə hesab edilən metadon və bir ədəd soyuq silaha bənzər turist bıçağı olması müəyyən edilib. Polis əməliyyatın davamı kimi M.İbrahimovun yaşadığı evin həyətindəki meyvə ağacının dibinə basdırılmış ümumi çəkisi 140 qram narkotik vasitə hesab edilən heroin, digər ağacın dibində basdırılmış 1 ədəd “Makarov” tipli tapança və ona məxsus patron darağı, 2 ədəd patron, yataq otağının mebel dəstində isə 12 qram çəkidə metamfetaminə oxşar psixotrop maddə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR