Nəqliyyat polisi üzərində narkotik maddə gəzdirən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımovun ONA-ya verdiyi məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə stansiyası Xətt şöbəsinin əməkdaşları tərəfindən fevralın 23-də keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Gəncə şəhər sakini, 36 aşlı Elnur İbrahimov saxlanılaraq şöbəyə gətirilib. Şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin iç cibindən yabanı halda bitən narkotik vasitə hesab olunan ümumi çəkisi 475 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.