Gəncədə 2 qadına xəsarət yetirən sürücü hadisə yerindən qaçıb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 02:53 09 Sentyabr 2019

Gəncədə 2 qadına xəsarət yetirən sürücü hadisə yerindən qaçıb - FOTO

 

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA,-nın yerli bürosnun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki Şəmkir rayon sakini Vüqar Hüseynov idarə etdiyi "VAZ 21011" maraklı avtomobillə hərəkətdə olan zaman digər "VAZ 2107" markalı minik maşını ona çırpılıb. Qəza nəticəsində "VAZ 21011" bir neçə metir kənara düşüb və içərisində olan sərnişinlər - 1965-cil təvəllüdlü Səmaya Rüstəmova  və 1990-cı il təvəllüdlü Əsmər Hüseynova xəsarət alaraq xəstəxanaya yerləşdirliblər.

Qəza zamanı hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Faktla bağlı araşdırma aparıır

Fuad Nazimoğlu

Teqlər:

OXŞAR XƏBƏRLƏR