• HADİSƏ

    09:13 1 may 2019

Gəncədə 25 yaşlı gənc bıçaqlanıb

Gəncədə bıçaqlanma olub.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 25 yaşlı Qənbər Adıgözəlov bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub. Onun vəziyyətinin hazırda kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Cinayəti törədən şəxs və ya şəxslərin tutulması istiqamətində axtarışlara başlanıb.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR