Gəncədə 3 gün əvvəl sirkə turşusundan zəhərlənən 27 yaşlı Vüqar Yusibov ölüb.
ONA-nın qərb bürosunun məlumatına görə, V.Yusibov Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, məlum hadisə martın 16-da şəhərin İsax Cəfərov küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 27 yaşlı Vüqar Yusibov naməlum şəraitdə sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu