Gəncə şəhərində bıçaqlanma olub.
ONA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin “Dəmiryolu Vağzalı” adlanan ərazidə yerləşən parkda qeydə alınıb. Şəhər sakini, 32 yaşlı Ruslan Qəmbərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan ONA-ya bildirilib ki, yaralı əməliyyat olunub, vəziyyəti kafidir.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Fuad Nazimoğlu