• HADİSƏ

    10:12 28 may 2019

Gəncədə 33 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB

Gəncə sakinini bıçaqlayan şəxs saxlanılıb.

ONA-nın qərb bürosunun xəbərinə görə, polis əməkdaşlarının isti izlərlə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 33 yaşlı Elçin Əliyevi bıçaqlayan Gəncə şəhər sakini, 29 yaşlı Röyal İbrahimov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutla birgə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

* * *

Saat 07:12

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Ona-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ələkbər Seyfi küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 33 yaşlı Elçin Əliyev hələ ki, adı bilnməyən şəxs və ya şəxslər tərəfindən mübahisə zəminində bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR