Ruhi xəstəlikdən əziyyət çəkən Gəncə şəhər sakini itkün düşüb.
ONA-nın məlumatına görə, Gəncə şəhəri, Atatürk prospektində yaşayan Abdullayeva Natella Hümbət qızı mayın 21-də Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ruhi xəstə olan qızı, 1985-ci il təvəllüdlü, II qrup əlil Abdullayeva Çinarə Arzu qızının mayın 21-i saat 12 radələrində evdən çıxaraq getdiyini və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı Gəncə Şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.