Gəncə sakini dərmandan zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə,1985-ci il təvəllüdlü Axundov Pərviz Yusif oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 35 yaşlı kişi bir neçə həbi qataraq içib. Onun dərmanları hansı səbəbdən içdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.