• HADİSƏ

    01:58 7 aprel 2019

Gəncədə 44 yaşlı kişi bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 44 yaşlı Elbrus Hüseynova naməlum şəxs tərəfindən bıçaqla xəsarət yetirilib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Cərrahi əmliyyat olunan E.Hüseynovun vəziyyəti orta ağır olaraq qalır.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Cinayəti törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış işlərinə başlanılıb.

Fuad Nazimoğlu

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR