Gəncədə bıçaqlanma olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.
Şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Telman Bahadur oğlu qarnına daxil edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 48 yaşlı kişi dərhal cərrahi əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.