Gəncə sakini yaşadığı evində intihar edib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ordubadi küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 56 yaşlı Tufan Babayev özünü asaraq itihar edib. Baş vermiş intihar hadisəsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.