Gəncə şəhər sakini arı sancması nəticəsində həyatını itirib.
APA-nın qərb bürosunun məlumatına görə, hadisə Bayan küçəsində qeydə alınıb.
Belə ki, 1953-cü il təvəllüdlü Şıxı Nəriman oğlu Hüseynovu küçədə arı sancıb. Ş.Hüseynov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ehtimal olunur ki, arının iynəsi mərhumun şah damarına toxunub.