Gəncədə iki piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.
ONA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən şəhər sakini 34 yaşlı Ceyhun İsgəndərov və onun azyaşlı oğlu 5 yaşlı Tunar İsgəndərovu avtomaşın vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, 5 yaşlı Tunara sağ bud sümüyünün sınığı, atasına isə bel-omba sümüyünün əziyi və sınığı diaqnozu qoyulub.
Yaralıların vəziyyəti orta ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu