Gəncədə piyadanın vurulması ilə nəticələnən qəza baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, 14 saylı marşrut avtobusundan düşən Gəncə şəhər sakini 1998-ci il təvəllüdlü Nazpəri Balayevanı “VAZ 21 07” markalı minik avtomobil vurub.
Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. 21 yaşlı qız dərhal xəstəxanaya yerləşdirilib.
N. Balayevanın vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.