• HADİSƏ

    16:47 30 mart 2019

Gəncədə avtomobil divara çırpılıb

Gəncədə yol qəzası olub.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə "Şəmkir avtovağzalı" adlanan ərazidə baş verib.

Sürücü, 40 yaşlı İlqar Abbasov idarəetməni itirərək, "VAZ 2106" markalı avtomobili yolun kənarındakı divara çırpıb.

Ağır xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR