Gəncədə avtomobil idarəetmədən çıxaraq aşıb
  • HADİSƏ

  • 00:11 18 Dekabr 2019

Gəncədə avtomobil idarəetmədən çıxaraq aşıb

 

 

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivində (“Totanlı” adlanan ərazi) qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarə etmədən çıxaraq yol ayrıcına dəyib. Avtomobil zərbənin gücündən yolun kənarına aşıb. Qəza zamanı sürücü, 1992-ci il təvəllüdlü  Əliyev Elvar Vidadi oğlu xəstəxanaya yerləşdirilib. Xəstəyə boyunun sınığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olması səbəbindən Gəncədə yerləşən digər xəstəxanaların birinə aparılıb. 

Faktla bağlı araşdırma başlanılıb.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR