Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun məlumatına görə, Xətai prospektində qeydə alınmış avtoqəza zamanı "VAZ 2107" markalı minik maşını 1965-ci il təvəllüdlü Gəncə şəhər sakini Bədəlova Sevda İbadulla qızını vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı istintaq araşdırmaları aparılır.