• HADİSƏ

    04:14 19 mart 2021

Gəncədə avtoqəza zamanı avtomobillərdən biri işıq dirəyinə çırpılıb - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2115" markalı minik maşını ilə "Daewoo" markalı minik maşını toqquşub. "VAZ 2115" daha sonra işıq dirəyinə çırpılıb. Nəticədə işıq dirəyi aşıb, elektrik təsərrüfatına ziyan dəyib. Hadisədə xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR