Gəncədə avtoxuliqanlıq edən şəxslər tutulub  - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 16:40 18 Aprel 2019

Gəncədə avtoxuliqanlıq edən şəxslər tutulub - VİDEO

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan ONA-ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri  21 yaşlı Orxan Kərimi, 23 yaşlı Elgün Hüseynəliyevin müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. “Hyundai” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törədən bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.

Hafiz Heydərov

Teqlər: avtosh reyd DYP bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR