• HADİSƏ

    18:49 25 aprel 2019

Gəncədə “Azərpoçt”a məxsus avtomobil yanıb

Gəncədə “Azərpoçt”a məxsus avtomobil yanıb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Bakı yolunda qeydə alınıb. Nazim Bəylərovun idarə etdiyi “VAZ-2106” markalı maşın təmir sexində alışıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğın söndürülüb.

Qeyd edək ki, yanan avtomobil “Azərpoçt” MMC-yə məxsusdur.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR