Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağmanlar yaşayış massivində qeydə alınıb.
Sözügedən ünvanda yaşayan 2008-ci il təvəllüldü Məmmədov Saləddin Məzahir oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, azyaşlı yaşadığı evin vanna otağında zəhərlənib.