• HADİSƏ

    11:53 29 aprel 2019

Gəncədə bank kartlarından pul oğurlayan şəxs tutulub

Dələduzluqda şübhəli bilinən Goranboy rayon sakini Ə.Əzizov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də və 26-da rayon sakinləri olan 2 nəfərin bank kartlarından ümumilikdə 366 manatlarını çıxararaq oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini Ə.Əzizov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 21-dən martın 25-dək olan müddətdə 4 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR