• HADİSƏ

    22:37 13 mart 2019

Gəncədə baş vermiş qəzada xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Gəncədə iki avtomobilin toquşması nəticəsində xəsarət alanların adaları məlum olub. Belə ki, xəsarət alanlar Kamil Mahmudov və Əmrah Kərimovdur.

Xəstəxanadan ONA-ya bildirilib ki, hər iki yaralının vəziyyəti orta ağır olaraq qalır.

***

Saat 20:16

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb. Avtoqəza zamanı "VAZ 2107" və "Hyundai" markalı iki avtomobil toquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR