• HADİSƏ

    21:36 27 oktyabr 2019

Gəncədə baş vermiş avtoqəzada piyada xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı minik maşını toqquşub. Qəza zamanı avtomobillərdən biri yolun kənarında dayanan 30 yaşlı Namazov Asiman Zaur oğluna dəyib. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR