• HADİSƏ

    15:28 1 mart 2019

Gəncədə əcnəbi sürücü piyadanı vuraraq qaçıb

Gəncədə əcnəbi vətəndaş piyadanı vuraraq hadisə yerindən qaçıb.

ONA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən şəhər sakini, 1958-ci il təvəllüdlü Qasımova Xatirə Rza qızını maşın vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması, döş qəfəsinin əziyi və çanaq sümüyünün sınığı diaqnozu qoyulub. X.Qasımovanın vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisəni törədən şəxs Yaxın Şərq ölkələrindən birinin vətəndaşıdır. Onun tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Fuad Hüseynov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR