Gəncədə səhər saatlarında yanğın baş verib.
ONA-nın qərb bürosunun xəbərinə görə hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, Daşkəsən rayon sakini 36 yaşlı Əminə Razayevaya məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli evin 40 kv.m sahəsi əşyaları ilə birlikdə yanıb.
Yanğın olan əraziyə Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsinin Nizami və Kəpəz rayonların Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən avtomobili və 25-ə yaxın canlı qüvvəsi cəlb olunub.
Yanğın qısa müddət ərzində söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub, yaxınlıqda olan evlərə və yarımtikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimallara görə yanğına səbəb elektrik naqillərində olan qısaqapanma olub.
Hadisə ilə bağlı araşdırma aparılır.